Poroşenko Camalaya Xalq artisti adı verdi
May 16
22:03
2016
Prezident Petro Poroşenko "Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya "Ukraynanın xalq artisti” adı verib.
Bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
Bundan əvvəl P. Poroşenko Camalanı "Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. "Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.
Qeyd edək ki, Ukrayna təmsilçisi xalla "Eurovision 2016” mahnı müsabiqənin qalibi olub. (Apa)
Qlobal.az