SON XƏBƏR

Portuqaliyada hakim təsadüfən onunla toqquşan futbolçunu meydandan qovub

Yanvar 05
00:13 2017
Portuqaliya Liqa Kubokunda "Moreyrenşe" ilə oyun zamanı "Portu"nun futbolçusu Danilu baş hakimə təsadüfən toxunduğu üçün meydandan qovulub.

"Report"un məlumatına görə, insident matçın 80-ci dəqiqəsində baş verib. 

Referi Luiş Qodinyo arxa tərəfə qaçdığı Daniluya dəyib. Bundan dərhal sonra o, futbolçuya sarı vərəqə göstərib. Bu, matçda ikinci sarı vərəqəsi olduğundan, "Portu"nun oyunçusu meydanı tərk etməli olub. 

Matçın 85-ci dəqiqəsində isə qonaqların daha bir futbolçusu Yasin Brahimi qırmızı vərəqə alıb. Görüş "Moreyrenşe"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Epizoda 100 dəfə baxdığını deyən Danilu isə referinin belə qərar qəbul etməsinin səbəbini bilmədiyini açıqlayıb. O, özünə göstərilən vərəqəni biabırçılıq adlandırıb.

Qeyd edək ki, "Moreyrenşe"nin heyətində "Neftçi"nin keçmiş futbolçusu Kaue də çıxış edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook