POS terminallar və bankomatların sayı azalıb
İyun 13
17:40
2016
Azərbaycanda plastik kartlarla yanaşı, bankomat və pos-terminallar da azalmaqdadır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik hesabatda bildirilir. Hesabata əsasən, 2016-cı ilin aprel ayı üzrə ölkədə fəaliyyət göstərən bankomatların sayı 7 ədəd azalaraq, 2553 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə ATM-lərin sayı 20 ədəd azalıb.
2016-cı ilin 1 mayına görə, ölkədəki POS terminalların sayı 1 603 ədəd azalaraq, 73 960-ə bərabər olub ki, bunun da 72 676-ı pərakəndə ticarət mərkəzlərinin payına düşüb. İlin əvvəli ilə müqayisədə POS terminalların sayı 1 202 ədəd azalıb.
Fins.az xəbər verir ki, bankomatlardan 1412-si Bakının, 1141-i isə regionların payına düşür. Paytaxtdakı bankomatların sayında bir ay ərzində 9 ədəd azalma, regionlardakı bankomatların sayında isə 2 ədəd artım olub.
2016-cı ilin 1 mayına görə, ölkədəki POS terminalların sayı 1 603 ədəd azalaraq, 73 960-ə bərabər olub ki, bunun da 72 676-ı pərakəndə ticarət mərkəzlərinin payına düşüb. İlin əvvəli ilə müqayisədə POS terminalların sayı 1 202 ədəd azalıb.
Bakıdakı POS terminalalrın sayı bir ay ərzində 714 ədəd azalaraq 42 762-yə düşüb. Regionlardakı POS terminalalrın sayı da 889 ədəd azalaraq, 31 198-ə bərabər olub.