““Poz,qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir” – Deputat
İyun 17
14:24
2022
"90-cı illərin əvvəllərində Bakıda çoxsaylı kazinolar, yüksək faizlə dividentlər vəd verməklə, əhalinin pullarını mənimsəyən maliyyə piramidaları at oynadırdı”.
"Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə həmin obyektlər bağlandı və minlərlə ailələrin dağılmasının qarşısı alındı. "Poz,qazan”, "Topaz”, "misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir.
Sadəlövh vətəndaşlar, ələlxüsus asan gəlir götürmək üçün xəyallar quran gənclər bəxtlərini sınamaq üçün bu oyunlara baş vurur və bir neçə dəfə oynadıqdan sonra proses vərdişə çevrilir. Məşhur filmdə deyildiyi kimi, "bir növ adətkarda olurlar”. Beləliklə asılılıq yaranır. Varlanmaq ümidləri puça çıxır. Bu da bir çox ailələrin faciəsinə səbəb olur”.
N.Məhəmməliyev qeyd edib ki, bu tipli oyunlar dövlətin ciddi nəzarəti altında aparılmalıdır:
Qlobal.az