SON XƏBƏR

Premium yaşayış kompleksləri saxtakarlıq edir? - İttiham

May 01
18:21 2018
2015-ci ildə baş verən beynəlxalq maliyyə böhranı, Azərbaycanda baş verən devalvasiyalar ölkədə maliyyə vərdişlərində dəyişikliklərə səbəb oldu

İlk iki ildə bazarda hər sahədə durğunluq müşahidə olunsa da 2017-ci ildən başlayaraq iqtisadi mühit dirçəlməyə başlayıb.

Əlbəttə böhranın izlərini özündə əks etdirən istiqamətdə. Yəni, 2010-2015-ci illərdə investisiya alətləri rolunda bank əmanətləri üstünlük təşkil edirdisə devalvasiyalar bu sahədə nisbətən güvənsizliyə gətirib çıxardı.

Son illərdə əsas vəsait qoyuluşları daşınmaz əmlak və qiymətli metallar sahəsində ağırlıq təşkil edir. Qiymətli metal hər zaman olduğu kimi daha çox maliyyəsini qorumağa üstünlük verənlərin seçdiyi vasitə olduğu halda, daşınmaz əmlaka investisiya etmək daha gəlirli qoyuluşdur.

Bu səbəb tikinti sektoruna stimul rolunu oynayıb və devalvasiyadan sonra çiçəklənən əsas sahə məhz daşınmaz əmlak sektorudur. Ölkədə ekonom, komfort, biznes və premium kateqoriyalı yaşayış komplekslərinin inşası sürətlənib. Xüsusən daha əvvəllər nisbətən az rast gəlinən premium kateqoriyalı mənzillərin inşasında dinamika müşahidə olunur.



Virtualaz.org araşdırıb ki, hazırda Bakı şəhərində tikilməkdə olan və təhvil ərəfəsində olan ümumilikdə 10-dək premium yaşayış kompleksi mövcuddur. Bu kateqoriyalı yaşayış kompleksləri üçün xüsusi kriteriyalar vardır ki, heç də hər zaman həmin standartların hər birini qorumaq elə də asan olmur. Ayrı-ayrı komplekslər premium göstəricilərin bir neçəsinə cavab versə də bir çox hallarda bəzi kriteriyaların tələblərini ödəmir.

Standartlar nöqteyi nəzərdən paytaxtda inşa edilən premium yaşayış komplekslərini aşağıdakı kimi təhlil etmək olar:

Yerləşmə

Premium yaşayış kompleksləri adətən mərkəzin səsli-küylü hissəsində yerləşmir. Standarta görə bu binalar şəhərin nisbətən sakit hissəsində olmalıdır. Bu nöqteyi nəzərdən "Park Bayıl”, "Renessans Palace”, "Olympus Park” "Deluxe Palace” uğurlu, "Premium Residence”, "Pilot Residence” ilə "Vurğun Residence”in yerləşməsini isə orta uğurlu saymaq olar.

Həyət

Qeyd olunan kateqoriyadakı yaşayış komplekslərinin həyətinin böyük olması, landşaft dizayna malik olması və avtomobil girişinə qapalılığı əsas tələblərdəndir. Bu nöqteyi nəzərdən ən iri həyət 1.5 hektarla "Renessans Palace”a aiddir. "Pilot Residence” də mənzillərin sayı ilə müqayisədə qənaətbəxş sayıla biləcək ölçüdə həyətə malikdir. Digər yaşayış komplekslərinin həyətləri isə kiçikdir və ya heç yoxdur. Həyətin olmaması isə premium standartına heç uyğun deyil.


Premium yaşayış komplekslərinin həyəti ilə bağlı digər şərt onun avtomobilə qapalı olmasıdır. Bu standarta uyğun komplekslər "Renessans Palace”, "Park Bayıl” və "Pilot Residence”dir. Digər komplekslərinin həyətinə avtomobillərin girməsi və bəzən parklamasına icazə verilir ki bu xüsusiyyət təhlükəsizlik baxımından xoş qarşılanmır. "Vurğun Residence”in isə premium yaşayış kompleksi olmasına rəğmən ümumiyyətlə həyəti yoxdur.

Mənzilin ölçüləri

Əslində mənzilin ümumi sahəsi 100 kv metrə yaxın və daha çox olmalıdır. Bir otağın orta ölçüsü 21 kv metrdən, mətbəxin ölçüsü isə 18 kvadrat metrdən başlamalıdır. Lakin, paytaxtda inşa olunan premium kateqoriyalı yaşayış komplekslərinin az otaqlı mənzilləri orta ölçüdən kiçikdir.

Premium kateqoriya mənzillərin tavanlarının hündürlüyü isə 3 metrdən başlamalıdır. Tavan standartı minimum 3.15 metr ("Vurğun Residence” və "Park Bayıl”) və maksimum 3.45 metr ("Pilot Residence”) olmaqla nəzərdən keçirdiyimiz yaşayış komplekslərinin hər birində qorunur.



Premium klass yaşayış kompleksinə qoyulan tələblərə əsasən bir mənzil sahibinin 2 qonşusu olsa kifayətdir. Yəni, 1 mərtəbədə 2-3 mənzilin olması məqbul sayılır. "Pilot Residence” bu standart üzrə ən uyğun yaşayış kompleksidir. "Renessans Palace” və "Deluxe Palace” bu qaydaya nisbətən yaxındırlar – hər birində bir mərtəbədə 4 mənzil mövcuddur. "Premium Residence” isə 1 mərtəbədə 6 mənzilədək olması ilə qonşu sayı standartına ən uzaq premium yaşayış kompleksidir.

Parkinq

Sözügedən kateqoriyalı yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) parkinq ərazisinin olması mütləq şərtlərdəndir. Hər iki parkqinqin mövcudluğuna, parkinq ərazisinin mənzillərin sayına olan nisbətinə görə "Renessans Palace” seçilir (1080 mənzil, 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parkinq).
 


"Olympus Park”da 200 mənzilin qarşılığında sadəcə 110 avtomobillik parkinq yeri mövcuddur, "Deluxe Palace”-da 198 mənzilə qarşı cuzi sayda əlavə - 208 avtomobillik parkinq sahəsi var. Digərlər komplekslərdən təqribən mənzil sayı qədər parkinq sahəsinin olduğunu bildirildi. Lakin, binaların aşağı mərtəbələrindəki iaişə obyektlərini baş çəkən müvəqqəti ziyarətçiləri nəzərə aldıqda məzil sayı və parkinq ərazisi sayının bir-birinə yaxın sayda olmasının problem yarada biləcəyini təxmin etmək çətin deyil.

Qiymət

Hər bir yaşayış kompleksi özünün qiymət strategiyasını müəyyən edə bilər. Lakin bu qiymət təqdim etdiyi keyfiyyətə, xidmətə və aid olduğu kateqoriyaya uyğun formalaşmalıdır. Paytaxtdakı premium yaşayış komplekslərində ən bahalı qiymət 1 kvadrat metr üçün 2700 AZN-dir ("Pilot Residence”), ən ucuz isə 1300 AZN-dir ("Premium Residence”).

Sonda qeyd olunan kriteriyalar üzrə premium yaşayış komplekslərinin dəyərləndirməsini cədvəl halında təqdim edirik.

Qeyd: Məlumatlar premium yaşayış komplekslərinin saytlarından, sosial media hesablarından, həmçinin birbaşa telefon zəngi vasitəsilə əldə edilib.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook