SON XƏBƏR

Prezident 3 nəfərə Xalq, 2 nəfərə Əməkdar artist fəxri adı verdi (SİYAHI)

İyul 31
17:16 2019
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Babayeva Zemfira Baba qızı və Sadıxova Zemfira Emin qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.

Prezident Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarını verib: 

"Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı

"Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

"Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu

"Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı.

Dövlət başçısı başqa bir sərəncamla kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxsləri "Tərəqqi” medalı ilə təltif edib:

Ağayev Xanlar Ağakərim oğlu
Həsənov Mahir Məhəmməd oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu

İlham Əliyev kino sənətinin inkişafında xidmətlərinə görə Əlizadə Oqtay Mahmud oğlu və Rzayev Nazim İsrafil oğlunu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook