SON XƏBƏR

Prezident bu rektorlarla bağlı sərəncam imzaladı

May 01
12:04 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook