SON XƏBƏR

Prezident Dağıstan rəhbərinə başsağlığı verdi

İyun 24
12:58 2024
Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib. 

Başsağlığında deyilir:

"Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook