Prezident İlham Əliyevdən Nurəddin Mehdixanlıya fərdi təqaüd - SƏRƏNCAM
Oktyabr 06
20:57
2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
1. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
Qlobal.az