SON XƏBƏR

Prezident ölkəsinin spikerini “ABŞ casusu” adlandırdı

Yanvar 07
10:37 2019
Venesuela prezidenti Nikolas Maduro ölkənin Milli Assambleyasının müxalifətdən olan yeni sədrini ABŞ-ın agenti olmaqda ittiham edib.
 
Bu barədə RİA Novosti məlumat yayıb.
 
Bildirilir ki, Xuan Quaido bir neçə gün əvvəl parlament sədri vəzifəsinə gəlib. Milli Assambleya hazırda Venesuelada siyasi qərarların qəbulu səlahiyyətindən məhrum edilib. Belə səlahiyyətləri hazırda tam olaraq hakimiyyətə tabe olan Milli Təsisat Məclisi yerinə yetirir.
 
"O, marionetdir, ABŞ tərəfindən, ABŞ kəşfiyyatı orqanı tərəfindən "hazırlanıb”, ona məhz onlar rəhbərlik edir”, - deyə Maduro dövlət telekanalının efirində bildirib.
Oxu.az xatırladır ki, bundan əvvəl "Lima qrupu” (12 Amerika dövlətinin ittifaqı) Venesuela liderinin yeni prezident müddətinin legitimliyini tanımadığını elan edib. Təşkilat Venesuelada növbədənkənar prezident seçkilərinin keçirilməsini və səsverməyə qədər hakimiyyətin parlamentin sərəncamına verilməsini tələb edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook