SON XƏBƏR

Prezident seçkiləri üzrə qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır

Yanvar 29
11:26 2024
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır. Onun sözlərinə görə, müşahidəçilər ATƏT, MDB və digər beynəlxalq təşkilatları təmsil edir: "Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də, MSK-nın dəvət etdiyi komissiyaların rəhbərləri və nümayəndələri də var".

MSK sədri qeyd edib ki, Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb: "Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib sayırıq. Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook