Prezidentdən Balaxanı Sənaye Parkı ilə bağlı sərəncam
Aprel 12
15:08
2021
Prezident İlham Əliyev "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” 28 dekabr 2011-ci il tarixli sərəncamında dəyişiklik edib.
Qlobal.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sənədlə müəyyən edilib ki, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.
Eyni zamanda, resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.