Prezidentin ayırdığı bir milyard vəsait necə idarə olunacaq?
Mart 20
10:54
2020
Koronavirusun ölkə iqtisadiyyatına neqativ təsirini aradan qaldırmaq üçün prezident Sərəncamı ilə 1 milyard manat həcmində vəsait ayrıldı. Sərəncam əsasında koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Sərəncam əsasında 4 İşçi Qrupu (İQ) yaradılacaq.
Qaynarinfo xəbər verir ki, sərəncamı şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, birinci İQ pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılacaq. İQ 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları hazırlayacaq, həmin meyarlar üzrə hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim edəcək.
İQ eyni zamanda pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
İkinci İQ Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq. Bu İQ 25 gün müddətində ölkədə fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlayacaq.
Üçüncü İQ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq və Qrup 1 ay müddətində pandemiyanın ölkədə yarada biləcəyi məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə təkliflər hazırlayacaq.
Dördüncü İQ Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılacaq və ölkənin makroiqtisadi sabitliyin qorunub saxlanmasına məsul olacaq. Qrup 2 ay müddətində pandemiyanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək və təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
Təkliflərdə aşağıdakılar əksini tapacaq:
Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;
ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər;
Nazirlər Kabineti isə öz növbəsində işçi qrupların rəhbərlərinin təklifləri əsasında hər bir İQ-nin tərkibini iki gün müddətində təsdiq edəcək, onların fəaliyyətini əlaqələndirəcək və verilmiş təklifləri ümumiləşdirərək vahid tədbirlər planını təsdiq edərək ölkə Prezidentinə təqdim edəcək. Nazirlər Kabineti eyni zamanda ayrılacaq vəsaitin mənbəyi barədə təkliflərini on gün müddətində prezidentə təqdim edəcək.
İşçi qruplarına dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri daxil ediləcək.