“Prezidentin film çəkilişləri üçün ayırdığı vəsaitlər “qara pullar“ kimi yeyilir“ - Xalq artistindən şok açıqlamalar (VİDEO)
Oktyabr 01
13:07
2019
Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin aparıcısı Dadaş Dadaşlinskinin qonağı olub.
Demokrat.az xəbər verir ki, Afaq Bəşiqrızı verilişdə Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşü zamanı ölkə başçısına müraciətindən söz açıb.
Aktrisanın sözlərinə görə, həmin çıxışdan sonra prezidentin imzaladığı müvafiq sərəncamlarla teatr sahəsində müsbət dəyişikliklər olub:
"O vaxtdan bu yana aktyorların maaşı 50 faiz artdır. Müraciətimdən sonra cənab prezident teatra akademik adı verdi. Ona görə də əlavə faiz artımı oldu. Sentyabrın 1-dən də maaşlar daha 40 faiz artdı. Yenə də sözümün üstündə dururam ki, prezidentin imzaladığı sərəncamdan sui-istifadə edən məmurlar var. O faiz söhbətlərində də qeyri-qanuni işlər görüldü. Belə başa düşürəm ki, bunu məmurlara tərgidə bilməyəcəyik. Bunu təkcə Afaq Bəşirqızı deməməlidir. İncəsənətə dəyər verənlər səsimə qoşulmalıdırlar. İncəsənətdə hegamonluq edənlər digər sahələrdən qat-qat çoxdurlar. Amma bu sahədə hegamonluq olmaz. Burada "bu mənimdir, ata malıdır" deyilməməlidir. Təəssüf ki, buna susmaqla cavab veririk. Mən üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş, adam ol. Buna mədəniyyətim imkan vermir. Amma onun şüuru var, başa düşməlidir ki, onun üçün danışmışam. Teatrın problemi həddindən artıq çoxdur. Teatr aləmində təsadüfi, teatrı başa düşməyən, qanmayan adamlar var. Yenidən prezidentlə görüşmək imkanım olsa, xahiş edərdim ki, bir islahat keçirsin".
Afaq Bəşirqızı Fuad Poladovun ölümündən əvvəl teatrdan ayrılmasından da danışıb:
"Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran xarakter idi. Fuad Poladov gərək sözünü deyəydi. O, tüpürüb çıxdı. Amma bu, onun uduşu yox, ölümü oldu. Poladova təsir edən hadisə qısa zamanda onu çox ağır xəstəliyə tuturdu və o, vəfat etdi".
Xalq artisti özəl telekanalları da sərt tənqid edib:
"Bu gün bizim tamaşaçılara televiziya kanalları tərəfindən mədəniyyətsizlik mədəniyyətdən daha çox təbliğ olunur. Ona görə də biz tamaşaçını qınamamalıyıq. Hansı sənətin sahibi olursan ol, sən öz şəxsiyyətini qiymətləndirməlisən, sənin şəxsiyyətin yüksək olmalıdır. Hamı yaxşı bilir ki, hansı telekanallarda necə biabırçı verilişlər gedir. Bunu hamı yaxşı görür. Mən həmin telekanalların adını çəkməkdən heç də qorxmuram. Sadəcə olaraq, həmin telekanallarda çalışan və mənim də tanıdığım bir-iki peşəkar aktyorlar var ki, onlar məcburiyyət qarşısında qalıb evlərinə bir parça çörək aparmaq üçün işləyirlər. Onlara hörmət əlaməti olaraq, mən həmin telekanalların adlarını çəkmək istəmirəm. Amma hər kəs bilir ki, həmin telekanallarda hansı əttökən bayağı verilişlər və mövzular qoyulur. Bu heç bir mentalitetə sığmır. Belə bir hal heç bir ölkədə yoxdur. Həmin verilişlərə dəvət olunan bəzi müğənnilər efirlərdə soyunmağı, məşuqunun adını çəkməyi hər şeydən üstün tuturlar. Əlbəttə ki, burada əsas günah onları efirlərə çağıranlardadır".
A.Bəşirqızı bu ilin martında Prezident İlham Əliyevin Azərbaycanda dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə ayrılan 5 milyon vəsaitin mənimsənildiyini də bildirib:
"Cənab Prezident milli kinoların çəkilməsi üçün 5 milyon vəsait ayırmışdı. Bizim iştirak edəcəyimiz film üçün bir ssenari yazılmışdı. Həmin ssenariyə film çəkilməsi üçün mötəbər adamlara müraciət etmişdim. Ancaq müraciətimə məhəl qoyan olmadı. Yenə də Prezident tərəfindən film çəkilişləri üçün ayrılan vəsaitlər "qara pullar" kimi yeyilir. Əgər bu pullar kimlərsə tərəfindən yeyilirsə, burada heç bir peşəkar işdən danışmaq olmaz".

Qlobal.az