Prezidentin Laçında açılışını etdiyi SES-lə bağlı maraqlı məqamlar
Fevral 15
17:22
2021
Prezidenti İlham Əliyevin dünən açılışında iştirak etdiyi "Güləbird” Su Elektrik Stansiyası (SES) ilə bağlı iqtisadçı Toğrul Vəliyev maraqlı məlumat yayıb.
İqtisadçı ermənilərin Güləbird SES-i 2019-cu ildə tikdiyini bildirib:
"Erməni mənbələrinin məlumatına görə, bu SES "Həkəri" MMC adlı şirkətə məxsus olub. Şirkət 2020-ci ilin ilk yarısında təxmini 16 min manat həcmində vergi ödəyib (Separatçı rejimə vergi ödəyən 300 şirkət arasında 295-ci yerdə olub). Başqa tərəfdən bu şirkət daxili korrupsiyanın yaxşı təcəssümüdür. Belə ki, şirkət səhmdarları arasında 2019-cu ilin sonuna kimi Arayik Aratyunyanın köməkçisi olan şəxsin həyat yoldaşı, Ermənistanda fəaliyyət göstərən mis kombinat sahiblərin həyat yoldaşları və digər Su Elektrik Stansiyaların sahibləridir (şirkətin özü 2016-ci ilə qeydiyyatdan keçib).
SES-in gücü 8,04 MVt, istehsalı isə 45-82 milyon kVt*saat elektrik enerji təşkil edir”.