Prezidentlərin gizli sevgi hekayələri - Foto
Avqust 13
10:51
2016
Dünya mətbuatının ən sevdiyi mövzu prezidentlərin, siyasət adamlarının özəl həyatıdır. O həyat ki, bir çox hallarda gizli sevgi hekayələrinə də şahidlik edir. Bu, günlərdə Rusiya mediası Amerikadakı həmkarlarına istinad edərək, bu günə qədər səs-küylü sevgi qalmaqalı yaşayan prezidentlər barədə bir dosye hazırlayıb.
Bəzi tarixi faktları və hekayələri təqdim edirik:
Dillərə dastan... Sarkozi...
Öncə Fransadan başlayaq. Məlum, Fransanın bundan öncəki prezidenti Nikola Sarkozi hakimiyyəti dönəmində daha çox Karla Bruni faktoru ilə gündəmdə olub. Çünki Bruni daha öncə onun sevgilisindən həyat yoldaşı statusuna keçib. Onların Sarkozi ilə sevgi romanları çox qətiyyətli və cəsarətli olub. Karla ilə münasibətlərinə qədər Sarkozi iki dəfə evli olub. Onlar 2007-ci ildə tanış olublar və dərhal da Sarkozi həyat yoldaşından ayrılıb, bir neçə ay sonra isə Karla ilə ailə qurub.
Sarkozi Bruniyə qədər də evlilikləri dönəmində paralel olaraq eşq hekayələri yaşayıb. Məsələn, Nikolanın ikinci həyat yoldaşı Sesiliya ondan ayrılmasının səbəbini belə ifadə edirdi: "O, çox simic və şorgözdür”.
Yeri gəlmişkən, Sarkozi Sisiliyanın ona qaytardığı üzüyü Karla Bruniyə hədiyyə etmişdi və sonuncu da utanmadan bu üzüklə fotokameralar qarşısında poza verirdi.
İki fərqli ölkənin birinci ledisi olub
1996-cı ilin 31 avqustunda bir neçə il əvvəl dünyasını dəyişən CAR-in sabiq prezidenti Nelson Mandela etiraf etmişdi ki, Mozambikin keçmiş lideri Samora Maşelin dul həyat yoldaşı ilə münasibət qurub. Bəs Qrasa Simbine iki fərqli ölkənin birinci ledisi olmağı necə bacarıb? Samora Mozambik prezidenti ilə 1975-ci ildə ailə qurub, həyat yoldaşı 1986-cı ildə baş verən avtoqəza zamanı dünyasını dəyişib. Bundan sonra isə 52 yaşlı Qrasa 80 yaşlı Mandela ilə ailə həyatı qurub.
Adı gözəl, özü gözəl Merlin Manro... və Kennedi hekayəsi
Keçmiş ABŞ prezidenti Con Kennedi ilə əfsanəvi aktrisa Merlin Monro arasındakı münasibətlər isə dastana çevrilib. Onlar 1960-cı ildə, Kennedi hələ prezidentliyə namizəd olanda, Taxo gölü yaxınlığındakı istirahət guşəsində tanış olublar. Münasibətlər isə 1961-ci ilin oktyabrından, Kennedi prezident olandan sonra başlanıb. İlk dəfə Sanra Monika şəhərində baş tutan görüş ilk baxışda rəsmi görüş təəssüratı yaradırdı. Aktrisa ancaq rəsmi dəvətlərə qatılırdı. Amma gizli görüşlər barədə FTB xəfiyyələri memuarlar yazırdı. Çoxları hesab edir ki, bu roman Monro üçün faciəvi sonluqla bitdi, çünki o, çox şey bilirdi. 1962-ci ilin 4 avqustunda öz mənzilində ölü tapılan Merlin barədə daha bir ilginc detal isə yazılan memuarlardan birində belə qeyd edilib: "Şayiələr gəzirdi ki, FTB-nin direktoru Quver bu münasibətə görə başını itirmişdi. O, Merlin Monronun bütün sutka ərzində izlənməsi barədə göstəriş vermişdi. Quver hesab edirdi ki, Merlin kimi alkoqolik və dayaz ağıllı birinin Kennedi ilə yaxınlığı Amerikanın təhlükəsizliyinə zərbə ola bilər”.
Bu siyahıda xüsusi yer tutanlardan biri də Fransanın sabiq prezidenti Valeri Jiskar Estenlə Silviya Kristel cütlüyü olub. Onların hekayəsi də 1974-cü ildə başlanıb, həmin vaxt V.J.Esten prezident deyildi. Silviya Kristel dünya kişilərinin xəyallarını bəzəyən erotik serial "Emmanuel”in qəhrəmanıdır. Aktrisa Yelisey sarayında yaşamasa da, heç zaman münasibətlərini gizlətməyiblər. Onu bütün rəsmi tədbirlərə dəvət ediblər, o da orda özünü ev sahibəsi kimi aparıb. Prezident hətta onu ölkə xaricindəki səfərlərinə də aparırmış. Bundan fransız xalqı da xəbərdar olub və "sevgi aşiqi” olan fransızlar heç zaman buna aqressiv reaksiya verməyiblər. Dünya tarixində prezidentlərin sevgililərindən heç biri özünü Silvia kimi açıq, komplekssiz aparmayıb.
Amma fransız deyib keçməyin. Onların da əsəbləri tarıma çəkilir belə mövzularda. İlk belə qalmaqal 1995-ci ildə baş verib. Həmin vaxt yenicə Fransa prezidenti olan Jak Şirak Yelisey sarayından Ann Penjo və onun qızı Mazarini çıxarıb. Bu şəxslərdən biri Fransua Metteranın rəsmi sevgilisi, digəri isə qızı olub. Mitteranın ölümündən sonra isə daha bir qalmaqal baş verdi. Keçmiş prezidentin ailəsi Ann və Mazarinin dəfn mərasimində iştirakına etiraz edib. İndi mətbuat yazır ki, Ann ayın əvvəlini sonuna güclə bağlayır. O, Paris muzeylərindən birində çalışaraq, ildə cəmi 40 min dollar qazanır və Sena çayının sol sahilindəki kiçik bir evdə yaşayır.
2 uşaq anası jurnalist 27 il gizli sevgili olub
Avstraliyada da belə rəngarəng hadisələr az olmayıb. Bu ölkənin sabiq baş naziri Bob Xoukla yazıçı Blanş Dapuljenin hekayəsi isə olduqca sadə olub. Dapulje baş nazirlə onun bioqrafiyasını yazmaq üçün tanış olub. Yaşanan eşq hekayəsi barədə bütün ölkə xəbər tutub. Xalq baş nazirlərinin çoxdan bəri öz həyat yoldaşı ilə yaşamadığını bildikləri üçün hətta bir qədər şad idilər də demək olar. Bob və Blanşın xalqın "xeyir-dua”sına baxmayaraq, etik normalara riayət etməyə çalışırdılar. Missis Dapulje hətta Avstraliyadakı hökumət evində təşkil olunan rəsmi və qeyri-rəsmi səfərlər zamanı ev sahibəliyini də özü boynuna götürürdü. Bununla belə, onlar hər zaman ayrı yaşayıblar.
İrlandiyanın "Uğur əsgərləri” partiyası liderlərindən, daha sonra isə parlament üzvü olan Çarlz Xoxinin hekayəsi daha əcaibdir. O, düz 27 il bir jurnalist xanımla eşq macərası yaşayıb. Terri Kin adlı jurnalist qadın ailəli və 2 uşaq anası olub. Əslində İrlandiyada bir siyasətçinin evli bir qadınla eşq yaşaması siyasi intihara bərabər idi, amma Ç.Xoxi üçün yox. T.Kin olduqca məşhur jurnalist olub və onun barəsində həmkarları belə deyib: "Terri ilə mübarizə aparmağı ancaq kamikadze bacarardı”.
Ən böyük qalmaqal - Monika hekayəsi...
Və dünyaya səs salmış Monika Levinski və Bill Klinton macərası. Bu olay bir prezidenti mənəvi məhvə aparan ilk yasaq sevgi hekayəsidir. Cütlüyün romanı bir neçə ay davam edib. 1995-ci ildə Monika Ağ Evdə stajor olaraq çalışırmış və onu tez-tez Oval kabinetdən çıxarkən görənlər ilk vaxtlar heç nədən şübhələnməsələr də, sonradan hər şeyin rəngi dəyişib. Daha sonradan aparılan araşdırmalar bu münasibətlərin 9 epizodunu sübuta yetirdilər. Ağ Evdə baş tutan gizli görüşlərin detalları bəlli olandan sonra Klintona prezidentlik müddətinin sonuna qədər vəzifədə qalmağa icazə verdilər. Levinski isə istədiyi hər şeyə nail oldu - məşhurlaşdı, televiziyada işə düzəldi, bioqrafik kitab çıxardı, "Monika ağ-qara rəngdə” adlı film çəkdirdi və beləcə ömrünün son günlərinə qədər özünün maddi rifahını təmin etdi. Kitablarına və məlum filmə görə Levinski milyonlarla dollar qazanıb.
Leninlə Stalindən çıxmayan iş - onların da sevgilisi olub
Bu siyahıda bir az qəribə görünə bilər. Amma bolşeviklərin dahi rəhbəri Vladimir İliç Leninin də gizli hekayəsi olub. İnessa Armand adlı qadın Leninlə Parisdə, Krupskayanın gözü qarşısında tanış olub. Onların münasibəti isə Armand dünyasını dəyişdiyi son günə qədər davam edib.
Stalinin sevgililərindən biri isə opera müğənnisi Vera Davıdova olub. Onların tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54, Veranın isə 28 yaşı olub. Müğənninin çıxışından sonra Stalin ona böyük gül buketi göndərib. Sevincdən gözləri dolan Vera Davıdova sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm çıxışına görə Vera Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya Böyük Teatrda işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və digər problemləri həll olunub.
Sevgilisini əlləri ilə qubernatora ərə verib
Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin eşq dəftəri də hər zaman dolu olub. Onun sevgililəri arasında daha çox siyasətçi Maya Nadiradzenin və keçmiş mətbuat müşaviri Marika Verulaşvilinin adı çəkilir. Amma əsas qalmaqal Mişanın Alana Qaqloyeva ilə yaşadıqları zaman baş verdi. Qulaqdan-qulağa dolaşan şayiələrə görə, Saakaşvilinin həyat yoldaşı Sandra Rullovsa Alana eyni zamanda hamilə qalıb. Hekayə gün üzünə çıxanda isə Saakaşvili hamilə sevgilisini Şido Kartlinin qubernatoru Mixail Kareli ilə evləndirməyə qərar verib. 20 yaşlı qızcığazı əslində sevgili statusu tamamilə təmin edirdi, çünki prezidentin hesabına yaşayırdı. Bu hekayə isə Saakaşvilinin oğlu dünyaya gələndən sonra yekunlaşdı.
Alina Kabayeva... Putinin gizli sevgilisi, oğlunun anası. Baxmayaraq ki, keçmiş gimnast bu uşağın onun yox, qohumunun olduğunu hər fürsətdə sübut etməyə çalışır. Məlumatlara görə, Putin məşuqəsini 2 uşağı ilə Soçidə yerləşən "Soçi sarayı”nda yerləşdirib. Bu, günlərdə isə sözügedən mövzu yenidən gündəmə gəlib. Daha öncə canlı yayımda həyat yoldaşı ilə boşandığını rəsmən elan edən prezident Vladimir Putinin bu addımı atmasına səbəb Kabayeva ilə uzun müddətdir davam edən əlaqələri göstərilsə də, cütlük ayrı-ayrılıqda bu əlaqələri inkar edib.

Liviyanın linç edilmiş lideri Müəmmar Qəzzafi də ətrafına daim qadınlar yığması və ekstravaqantlıqları ilə məşhur olub. Onu hər zaman qadın cangüdənlər əhatə edib. WikiLeaks saytı daha öncə Qəzzafinin 38 yaşlı ukraynalı tibb bacısı Qalina Kolinskaya ilə hekayəsi barədə geniş yazıb. Saytın yazdığına görə, onun səhhəti ilə düz 4 ukraynalı tibb bacısı məşğul olub. (Musavat.com)
Qlobal.az