SON XƏBƏR

“Problem Gürcüstandakı “Rusiya hökuməti”ndədir...” - Zurabişvili

May 04
14:26 2024
Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, "xarici agentlər” haqqında "Rusiya qanunu” yeganə problem deyil, problem həm də Gürcüstanda hakimiyyətdə olan "Rusiya hökuməti”dir.

"AzPolitika” xəbər verir ki, Gürcüstan Prezidenti bunu "Deutsche Welle” nəşrinə müsahibəsində deyib.

Zurabişvili qeyd edib ki, Gürcüstan əhalisinin əksəriyyəti hökumətin rusiyayönümlü siyasətinin əleyhinədir: "Hakimiyyət Gürcüstanın tərəfdaşlarını inqilabın agentləri kimi göstərməyə çalışır. Çünki onlar hesab edirlər ki, (Qərb tərəfdaşları) onları devirməyə çalışırlar. Amma Rusiya haqqında susurlar, sanki o, bizim yeni dostumuzdur. Ona görə də "Rusiya qanunu” tək problem deyil, problem bu ölkəni Rusiyaya aparan "Rusiya hökuməti”ndədir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook