SON XƏBƏR

Professor İsaxan Vəliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir

May 20
20:14 2016
Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasətinə çevrilib. Prezident İlham Əliyev multikulturalizmlə bağlı ölkədə baş verən prosesləri konkret normativ nizama salıb. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, multikulturalizm artıq Azərbaycanda insanların həm də həyat tərzidir.
 
Bu fikirləri Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Zaqatalada keçirilən beynəlxalq elmi-praktik konfrans zamanı AZƏRTAC-a müsahibəsində deyib.
 
Qurumun rəsmisi bildirib ki, multikulturalizmin iflasa uğraması barədə danışan Avropa dövlətləri artıq Azərbaycandakı multikulturalizm modelini öyrənirlər. Çünki multikulturalizmin alternativi yoxdur. Multikulturalizm olmasa, onun yerini ksenofobiya, millətlərarası münaqişələr və digər bu kimi neqativ hallar tutacaq.
 
İsaxan Vəliyev deyib: "Azərbaycanda bir neçə ildir ki, multikulturalizmin təbliği istiqamətində ardıcıl olaraq çox böyük tədbirlər, forumlar keçirilir. Bu forumlarda iki yüzədək dövlətin nümayəndələri iştirak ediblər. Onların arasında Nobel mükafatçıları, yaxşı tanınan siyasi xadimlər də var. Düşünürəm ki, biz bunun səmərəsini görürük və gələcəkdə daha çox görəcəyik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook