SON XƏBƏR

Professorun plagiat adlandırdığı kitabın müdafiəsindəki tərifli çıxışı - VİDEO

Oktyabr 17
13:03 2016
Bir neçə gün öncə Avropa.info saytında professor Aida Qasımovanın "Ərəb ədəbiyyatşünaslığı: diqqətə ehtiyacı olan elm sahəsi” adlı tənqidi bir məqaləsi yayılıb. 

Məqalədə BDU-nun Ərəb Filologiyası kafedrasının dosenti, Şərqşünaslıq fakültəsinin Elmi Şurasının katibi Könül Məmmədovanın 2014-cü ildə nəşr olunmuş "Məhəmməd ibn Səllam əl-Cumahinin "Tabaqatu Fuhuliş-şüəra” əsərinin ərəb ədəbiyyatşünaslığı tarixində rolu” adlı dərs vəsaitindəki plagiat faktlarından söz açılıb. 

"Qəribədir ki, kitabın 41-ci səhifəsində Malik Mahmudovun "Xətib Təbrizi” kitabından böyük bir sitat gətirilir, burada Xətib Təbrizinin Əbu Təmmamla bağlı fikirləri söylənilir, amma Mahmudovun kitabına istinad verilmir, əksinə, Əbu Təmmamın öz divanına istinad verilir. Belə çıxır ki, Əbu Təmmam (846 –da vəfat edib) böyük bir uzaqgörənliklə özündən iki əsr sonra yaşamış Xətib Təbrizinin onun barəsində fikirlərini qabaqcadan bilib öz divanında əks etdiribmiş”, - deyə yazı müəllifi yazıb. 

Məqalə müəllifi oxucularda Könül Məmmədovanın müəllifi olduğu kitabın ali məktəblərdə tədris vəsaiti kimi istifadəyə yararsızlığı, bütünlüklə qüsurlardan və plagiat faktlarından ibarət olduğu qənaəti yaradıb. Amma faktlar bunun əksini deyir...

Belə ki, kitabın müəllifi Könül Məmmədova bu gün yazı müəllifinə videofaktla cavab verib. 

Onun Arqument.Az-a təqdim etdiyi video 2008-ci ildə həmin elmi işin müdafiəsi zamanı çəkilib. Videodan aydın görünür ki, bu gün bu əsəri plagiatlıqda ittiham edən Aida Qasımova müdafiə zamanı əsəri oxuduğunu və bunun ciddi elmi araşdırma olduğunu vurğulayıb. 

Maraqlıdır ki, üstündən 8 il keçəndən sonra Aida Qasımova niyə elmi şurada dediyi faktların əleyhinə çıxaraq, belə bir məqalə ilə çıxış edib? Bütün suallara cavab da məhz Elmi şuranın iclasın video-görüntüsündə əskini tapıb. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook