SON XƏBƏR

"Prokurorluq orqanlarının seçkilərlə bağlı vəzifəsi şikayətləri araşdırmaqdır" - Elçin Məmmədov

İyul 10
13:31 2024
Prokurorluq orqanlarının seçkilərlə bağlı vəzifəsi şikayətlərə baxmaqdır.

"Report" xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə "Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət tədbirləri" haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərin təşkilində iştirak edən qurumlar müstəqil fəaliyyət göstərir: "Məsələn, 2015-ci il parlament seçkilərində seçki hüquqlarının pozulması ilə əlaqədar prokurorluq orqanlarına 23 şikayət daxil olmuşdu və onların hər biri ayrı-ayrılıqda araşdırılmışdı".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook