SON XƏBƏR

Prorektor Forumda slayda çıxardığı cümləni səhv tərcümə edib?

Oktyabr 02
10:52 2023
Azərbaycanın təhsil sistemində hökm sürən xaos artıq idarəolunmaz səviyyəyə gəlib çatıb. Təhsildə aparılan kadr və struktur islahatları problemi nəinki aradan qaldırmır, əksinə, vəziyyəti daha da qəlizləşdirir. Son zamanlar savadsız kadrların yüksək vəzifələrə təyinatı, təcrübəli və peşəkar pedaqoqların təhsildən uzaqlaşdırılması, orta və ali məktəblərin dərsliklərində yol verilən nöqsanlar, təhsil sistemində məsul vəzifələr tutan şəxslərin açıqlama və çıxışları cəmiyyətdə təhsilin inkişafına olan son ümidləri də yoxa çıxarmaqdadır. 
 
Qlobal.az xəbər verir ki, sentyabr ayının 1-də Şamaxı şəhərində başlayan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan dili və ədəbiyyatı Forumu təhsil sitemində olan eybəcərlikləri bir daha çılpaqlığı ilə ortaya qoydu. 
 
Bu forum daha çox şair Qəşəm Nəcəfzadənin dərsliklərdəki problemlərlə bağlı tənqidi çıxışına akademik Nizami Cəfərovun hücum etməsi, Forumda iştirak edən təhsil naziri Emin Əmirullayevə təhsildəki problemlərlə bağlı mütəxəssislərin fikir və təkliflərini çatdıra bilməməsi ilə gündəm oldu. 
 
Əldə etdiyimiz daha bir məlumat isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın Forumda slayda çıxardığı "10 yaşına qədər həftədə ən az bir kitab oxuyan uşaq 16 yaşına çatdıqda həftədə 1-dən daha az oxuyan uşağa nisbətdə təlim nailiyyətlərinin daha yüksək olduğu müşahidə edilmişdir" cümləsində səhvlərin olmasıdır. 
 
Pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən prorektorun bir cümləni düzgün tərcümə edib respublika səviyyəli foruma çıxara bilməməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna yol açıb. 
 
Əksər insanlar bir cümləni düzgün tərcümə edə bilməyən pedoqoqun savadlı tələbəni necə yetişdirəcəyini sual edirlər. 
 
Qeyd edək ki, Könül Pirverdiyeva "İbtidai təhsil səviyyəsi üzrə oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi”, "Smulyativ tapşırıqlar əsasında riyaziyyatın tədrisi və qiymətləndirilməsi”, "Müəllimin əl kitabı: Sinfin idarə olunması”  adlı tədris vəsaitlərinin müəllifi və redaktoru, "Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.
 
O, təhsil naziri Emin Əmrullayevin 25 iyun 2021-ci il tarixli müvafiq əmrilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.
 
Qarşı tərəf məsələyə mövqe bildirə bilər. 
 
Cahandar Laçınlı
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook