SON XƏBƏR

Prosineçki "Bursaspor"a getmək üçün bu gün AFFA rəhbərliyi ilə görüşür

İyun 12
17:00 2017
"Bu gün AFFA rəhbərliyi ilə gələcəyimlə bağlı görüşəcəm".
 
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə arasında yaşanan kiçik insident barədə də danışıb: "Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi "Bursaspor"la bağlı sual verdilər. Onlar əvvəlcə məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. İkinci, üçüncü suallar da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm".
 
R.Prosineçki millimizlə dekabra kimi müqaviləsinin olduğunu xatırladıb: "Dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Əvvəlcə rəhbərliklə danışacam. Sonra hər şey müəyyənləşəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook