SON XƏBƏR

“Psixoloji müharibəyə təslim oldu” – İrandan Suriya ordusuna reaksiya

Dekabr 09
12:57 2024
Baas rejimini devirən qrupların uğurunun arxasında Suriya ordusunun motivasiyasını itirməsi dayanır.

"AzPolitika” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

O, hadisələrin gözlənilməz olduğunu bildirib və qeyd edib ki, proseslər çox sürətli şəkildə cərəyan edib:"İran və Suriya kəşfiyyat xidmətləri İdlibdəki fəaliyyətdən xəbərdar olub və bu məlumatı Suriya hökumətinə çatdırıb. Bəşər Əsəd də iğtişaşlardan şikayətlənirdi. Görünən odur ki, Suriya psixoloji müharibəyə təslim oldu”.

"Biz hadisələri diqqətlə izləyirik. Suriyadakı vətəndaş müharibəsi, ölkənin parçalanması və İsrailin bu vəziyyətdən istifadə etməsindən narahatıq. Dəməşqdə hakimiyyəti ələ keçirəcək şəxslərlə münasibətlərimizin gələcəyi onların Suriyaya münasibətindən və İsrailə və terror qruplaşmalarına münasibətindən asılıdır”,-deyə o, bildirib.

Araqçı əlavə edib ki, Suriyadakı son hadisələrin Hizbullahın xüsusi problemlə üzləşməsinə səbəb olacağını gözləmirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook