SON XƏBƏR

Puşkov Lukaşenkonun silahlı kadrları haqda: “Çox kədərli səhnədir”

Avqust 24
12:14 2020
"O, qərarlı görünür, amma bu səhnə çox kədərlidir. İşi bura qədər gətirməyə gərək vardımı?”

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Dumasının senatoru Aleksey Puşkov Belarus Prezidenti Aleksandr Lukaşenkonun öz iqamətgahında əynində bronojilet və əlində avtomatla görünməsinə münasibət bildirərkən öz Teleqram kanalında qeyd edib.

Onun sözlərinə görə, fors-major vəziyyətləri olmayıb və Lukaşenko siyasətdə kobud səhvlərə yol verib.

Xatırladaq ki, avqustun 23-də, Minskin mərkəzində, 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan minlərlə insanın mitinqi keçirilib. Bundan sonra aksiya iştirakçıları əsgərlərin əhatəsində olan "Minsk - Qəhrəman Şəhər" stelinə və Aleksandr Lukaşenkonun iqamətgahına yaxınlaşıblar. Həmin vaxt dövlət başçısı helikopterdə olub və oğlu Kolya ilə İstiqlal Sarayının yaxınlığından uçub. Etirazçıların sayını görən Lukaşenko deyib: "Bax siçovullar necə də dağılışdı!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook