Putin döyüşə “qoca“ları göndərəcək - 50 yaşlı kişilər ehtiyatdan çağırılacaq
İyul 25
07:52
2023
Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə cəlb olunan bir sıra vətəndaşlar üçün yaş həddinin 5 il artırılması haqqında qanun imzalayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sənəd artıq rəsmi hüquqi informasiya portalında dərc olunub.
Prezidentin imzaladığı sənədlə "Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edilir.
Qanun əsgər, matros, serjant, komandir, gizir və miçman rütbələrində olan rusiyalılara şamil edilir. O, mərhələlərlə, 2028-ci il yanvarın 1-dək qüvvəyə minməyə başlayacaq. 2024-cü ildə 50 yaşı tamam olanlar 51, 2025-ci ildə 50 yaşına çatanlar 52 yaşlarında pensiyaya çıxacaqlar. Bu, 2028-ci ilə qədər bu cür davam edəcək, sonra 50 yaşı tamam olanlar elə həmin yaşda da ehtiyatda olan hərbçi statusunu itirəcəklər.
Əvvəllər hərbi mükəlləfiyyətli şəxslərin səfərbərliyə cəlb olunmaq üçün son yaş həddi 45 idi.Keçmiş SSRİ-də bu, müharibədən sonrakı illədə həmişə belə olub. Hesab olunurdu ki, 45 yaşını tamamlamış kişi artıq aktiv hərbi əməliyyatlarda iştirak etmək üçün çox "qoca"dır.Görünür, Ukrayna müharibəsi RF rəhbərlərini qanunlarda dəyişiklik etməyə vadar edib.
Bundan əvvəl Dövlət Dumasının deputatlarının hərbi xidmət üçün minimum yaş həddini 18-dən 21 yaşa qaldırmamaq qərarına gəldiyi, lakin yuxarı həddi dəyişdirərək, yaş həddini 27-dən 30-a qaldırdıqları bildirilirdi.