SON XƏBƏR

Putin: "Maliyyə Nazirliyinin heç vaxt pulu olmur"

Dekabr 14
17:14 2023
Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı ölkənin Maliyyə Nazirliyində vəziyyətlə bağlı zarafat edib.

Qaynarinfo bu barədə gazeta.ru-ya istinadla xəbər verir.

"Maliyyə Nazirliyinin heç vaxt pulu olmur", deyə Rusiya lideri Şimal sakinləri üçün köçürmə proqramının genişləndirilməsi imkanlarını şərh edərkən deyib.

Dövlət başçısı əlavə edib ki, 2024-cü ilin büdcəsi artıq formalaşıb, lakin əlavə gəlirlər mümkündür.

Dekabrın 14-də dövlət başçısı "Vladimir Putinlə ilin yekunları” adlı canlı mətbuat konfransı keçirib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin dekabrın 12-si axşam saatlarından etibarən tədbirə hazırlaşdığını deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook