Putin nüvə sazişindən imtina etdi
İyul 03
17:16
2019
Rusiya Orta və Qısa Mənzilli Nüvə Qüvvələri Razılaşmasından imtina edib.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin qanun imzalayıb.
Xatırladaq ki, may ayında Rusiya Duması sazişdən çıxmaq barədə qanun qəbul etmişdi. Parlamentin yuxarı palatası 26 iyunda həmin qanunu təsdiq edib.
Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması 1987-ci ildə ABŞ və Rusiya arasında imzalanıb. Saziş iki ölkəyə mənzili 500-1000 və 1000-5500 km arasında olan ballistik, kruz raketlərinin, həmçinin raket atıcıların istehsal və istifadəsini qadağan edirdi. ABŞ ötən ilin oktyabr ayında həmin müqavilədən imtina edib.