Putin Rusiyanın KTMT-dəki erməni nümayəndəsini tutduğu vəzifədən azad edib
Aprel 09
13:57
2024
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikael Aqasandyanı tutduğu vəzifədən azad edib.
"Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib.
Mütəxəssislər bunu Moskvanın ermənilərə etimad etməməsi kimi də dəyərləndiriblər.