Putin yeni nüvə doktrinasını təsdiqlədi - "Bu halda Ukarynaya nüvə zərbəsi endirilə bilər..."
Noyabr 19
13:41
2024
Vladimir Putinin Rusiyanın yeni nüvə doktrinasını təsdiqləyib.
"AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb. Sənəd bu gündən qüvvəyə minir.
Onun sözlərinə görə, Kiyevin uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək niyyəti ilə bağlı xəbərlərdən sonra Rusiya hərbçiləri vəziyyəti çox diqqətlə izləyir: "Ümumiyyətlə, yeni doktrinada deyilir ki, Rusiya Federasiyası ona və ya Belarus Respublikasına qarşı adi silahlardan istifadə edilməklə, suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə yaradan təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına qarşı təcavüzü birgə hücum hesab olunur”.
"AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb. Sənəd bu gündən qüvvəyə minir.
Yeni doktrina Rusiyanın təkcə nüvə dövlətlərinə deyil, nüvə dövlətlərinin dəstəklədiyi qeyri-nüvə dövlətlərinə də nüvə zərbəsi endirməsini nəzərdə tutur.
Sözügedən fərman imzalanandan dərhal sonra Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyanın işğalçılıq müharibəsi apardığı Ukraynanı nüvə zərbəsi ilə təhdid edib. O deyib ki, yeni nüvə doktrinasına uyğun olaraq, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər. Yəni, Rusiya hər gün Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirə bilər, lakin Ukaryna buna eyni cür cavab verərsə, nüvə zərbəsi ala bilər...