“Putinə təcrid olunduğunu başa salmaq lazımdır” - Estoniyanın Baş naziri
May 16
12:01
2022
"Qərb dövlətləri Rusiya Prezidenti Vladimir Putinə təcrid olunduğunu başa salmaq istəyirlərsə, ona zəng etməyi dayandırmalıdırlar”.
"Report” xəbər verir ki, bu barədə EURACTIV nəşrinə müsahibəsində Estoniyanın Baş naziri Kaya Kallas bildirib.
O, Fransa Prezidenti Emmanuel Makronun "telefon diplomatiyası”nı tənqid edib.
"Fikrimcə, hamı Putinə zəng etməkdə davam edərsə, o, təcrid olunduğunu başa düşməyəcək. Əgər bunu ona başa salmaq istəyiriksə, zəng etməyək, çünki bunun mənası yoxdur”, - K.Kallas deyib.