SON XƏBƏR

“Putinin də iştirak etdiyi iclasda Kiyevin teraktla əlaqəsinin olmadığı qənaətinə gəlinib” – “Bloomberg”

Mart 27
11:10 2024
"Vladimir Putin 139 nəfərin ölümü ilə nəticələnən Moskva hücumunda Ukraynanın rolunun ola biləcəyini iddia etməyə davam etsə də, Rusiya prezidentinin yaxın ətrafının bəziləri onunla razılaşmır”.

"AzPolitika” xəbər verir ki, bu barədə "Bloomberg” nəşri 4 fərqli mənbəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Putinin ətrafındakı insanlar hesab edirlər ki, Ukraynanın "Krokus”dakı terror aktı ilə heç bir əlaqəsi yoxdur.
"Bloomberg” sözügedən mənbələrinə istinadla yazır ki, Putinin də iştirak etdiyi qapalı iclasda bəzi dövlət rəsmiləri Kiyevin sözügedən terror aktı ilə əlaqəsinin olmadığı qənaətinə gəliblər. Lakin Putin istənilən halda bu mövzuda Ukraynanı hədəf göstərməkdə israr edib. Qeyd olunur ki, o, bu yolla rusları Ukrayna ilə müharibədə dövlətin ətrafında sıx birləşdirmək niyyətindədir.

ABŞ nəşrinə məlumat verən mənbələrin fikrincə, Rusiyanın siyasi elitasında demək olar ki, heç kim hücumun arxasında Ukraynanın olduğuna inanmır.

Mənbələrin sözlərinə görə, Kremldə FSB-nin uğursuzluğundan şoka düşüblər. Hücumdan bir neçə saat sonra Putin saxlanılan şübhəlilərin Ukraynaya qaçmağı planlaşdırdıqlarını iddia edərək hücumu Kiyevlə əlaqələndirməyə cəhd edib. Daha sonra o, terror aktının "radikal islamçılar tərəfindən törədildiyini" etiraf edib və heç bir sübut olmadan hücumda Ukraynanı günahlandırıb.

Ağ Ev isə Moskva hücumunun arxasında Ukraynanın olduğuna dair heç bir əlamətin olmadığını bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook