SON XƏBƏR

Putinin "varisi" Kurska getdi

Avqust 13
13:20 2024
Rusiya rəhbərliyi Ukrayna ordusunu Kursk vilayətindən çıxarmağın yollarını axtarır. 

"AzPolitika” xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, Rusiya prezidentinin köməkçisi, general-polkovnik Aleksey Dyumin Kursk vilayətində "antiterror əməliyyatı”nın koordinatoru təyin edilib. "Voennoye obozreniye” nəşri yazır ki, Vladimir Putin müvafiq qərarı ötən gün verib.

Nəşr qeyd edir ki, qərar bir gün əvvəl Novo-Oqarevoda keçirilən və Kursk vilayətindəki vəziyyətin müzakirə olunduğu görüşdən sonra qəbul edilib. Dyumin dərhal öz vəzifələrini yerinə yetirmək üçün artıq Kursk vilayətinə gedib. Onun ordu qüvvələrinə birbaşa komandanlıq etməyəcəyi, lakin əməliyyata görə cavabdehlik daşıyacağı güman edilir.

Onu da qeyd edək ki, general Dyumin Putinin mümkün varisləri arasında ən çox adı hallanan şəxslərdən biridir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook