SON XƏBƏR

“Qaçaq Nəbi” filminin rejissoru: “Nəbinin qaçaq adlandırılması doğru deyil”

Noyabr 14
16:30 2017
"Elin igid oğlu Nəbinin qaçaq adlandırılması doğru deyil”.
 
Bu sözləri "Qaçaq Nəbi” filminin rejissoru əməkdar artisti Şeyx Əbdül Mahmudov musavat.com-a açıqlamasında bildirib.
 
Rejissor Koroğlu kimi igidlərin barəsində yazılan dastan və mahnıları da pisləyib: "Planlı şəkildə tarixi qəhrəmanlarımızı, igidlərimizi, el-obanın dərdini çəkən, ölümün gözünə dik baxan oğullarımızın hamısını dastan, nağıllara çeviriblər. Onlar haqqında dastanlar, mahnılar qoşulub, camaat da onları nağıl kimi oxuyur. Məsələn, Koroğlu haqda. Amma heç Giziroğlu Mustafa bəyi tanımırlar. Bu çox eybəcər bir haldır. Bir çox xalqların yazılarına baxmışam. Onlar bu cür qəhrəmanları "xalq qisasçıları” kimi təqdim edirlər, biz isə qaçaq adını qoyuruq. Axı bu cür igidlər oğru, quldur, qaçaq deyillər. Onların dağa qaçmaqlarının səbəbi siyasi faktorlar olub. Biz isə igidlərimizə qaçaq adını qoyuruq. Bu doğru deyil”.
 
Xatırladaq ki, "Qaçaq Nəbi” filmi 1985-ci ildə çəkilib. Filmin rejissorları Şeyx Əbdül Mahmudov və Həsən ağa Turabovdur.  Məlum səbəblərdən müxtəlif illərdə filmin adı 2 dəfə dəyişdirilib. Bu səbəbdən filmin 3 adı var – "Qaçaq Nəbi”, "Atları yəhərləyin”, "Qanlı zəmi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook