SON XƏBƏR

Qaçaq Nəbinin kəndi işğaldan azad edildi

Noyabr 09
15:14 2020
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev daha 23 kəndin (Füzuli - 6, Xocavənd - 5, Xocalı - 4, Cəbrayıl - 3, Qubadlı - 3, Zəngilan - 2) düşmən işğalından azad olunuduğunu elan edib.

İşğaldan azad olunan yaşayış məntəqələrin arasında Qubadlının Aşağı Mollu kəndi də var. 

Bu kənddə Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında "Qaçaq Hərəkatı"nın rəhbəri olmuş Qaçaq Nəbi dünyaya gəlib.

Aşağı Mollu kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar

Mol sözü türk dillərində bir çox mənalarla yanaşı "torpaq bənd; qumdaşı" mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər məntəqədən fərqləndirməyə xidmət edir.


***
 
Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olub. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. 

Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. 

Arvadı Həcərdə Qaçaq Nəbinin silahdaşı idi. Çar höküməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışıb. Lakin məqsədinə nail ola bilməyib. 

1896-cı ilin mart ayının 12-də Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook