Qaçaqmalçılıqda ittiham olunan şirkət koronavirus laboratoriyasını ləvazimatlarla təmin edir?
İyul 04
20:12
2020
"Fuad-Kimya-Servis” MMC-yə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qanunsuz sahibkarlıq və qaçaqmalçılıq maddələri ilə cinayət işi açılıbmış...
Bu barədə Toplum.Tv məlumat yayıb.
Mart ayında Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi laboratoriya vasitələri və digər materialların alınmasına 9 milyon 634,493 min manat vəsait ayırıb.
Müalicə-profilaktika müəssisələri üçün zəruri diaqnostika, laboratoriya vasitələri və digər tibbi material və ləvazimatların alınması haqqında 4 müqavilədən biri "Fuad-Kimya-Servis” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 2 milyon 382,143 min manat təşkil etdiyi bildirilir.
"Fuad-Kimya-Servis” MMC-nin dövlət reyestri məlumatlarında hüquqi ünvanı AZ5001, Sumqayıt şəhəri, 9 mkr, ev 29/27, m. 23 göstərilib.Məlumatlarda nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisinin Bağırov Bağır Ağakərim oğlu olduğu qeyd edilib.
Rəsmi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 oktyabr 2019-cu ildə keçirdiyi əməliyyat çərçivəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən "Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib.
Üzərlərinə ”Calgon”, "Comet”, "ACE”, "Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.
Məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələbərinə uyğun gəlmədiyi qənaətinə gəlib. Həmçinin ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.
Faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.
Həmin ilin dekabr ayında - 27.12.2019-cu il tarixində MMC "Şahdağ Turizm Mərkəzi" tərəfindən keçirilən tenderdə qalib gəlib. 115049.32 AZN dəyərində olan layihədə şirkət turizm mərkəzini çamaşırxana üçün kimyəvi vasitələri ilə təmin edəcək.
Bundan başqa, "Azergold” QSC-nin 14.02.2020 tarixli "İstehsalat üçün kimyəvi maddələrin satın alınması” tenderi -390521.12 AZN dəyərində Dövlət Sərhəd Xidmətinin(DSX) 21.04.2020-ci il tarixli "Təmizlik və yuyunma vasitələri” tenderi- 203443.68 AZN məbləğində "Azərsu” ASC-nin 3 mart 2020-ci ildə keçirdiyi tenderdə də"Fuad-Kimya-Servis” MMC qalib elan olunub.
Qalib şirkət "Azərsu” ASC-nin "Sukanal ET və Lİ” laboratoriyası üçün tələb olunan 113907.9 manatlıq reaktiv və avadanlıqların satın alınmasını həyata keçirəcək.
4 iyun 2020-ci il tarixində "Azərsu”nun keçirdiyi daha bir tenderdə yenə "Fuad-Kimya-Servis” MMC qalib olub. 640152.73 AZN dəyərində olan budəfəki layihə üzrə şirkət "Azərsu” ASC-ni kimyəvi reagentlər və mal-materialları ilə təmin edəcək.