SON XƏBƏR

Qadın güləşçilərimiz uduzdu

Sentyabr 20
13:40 2023
Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında məğlub olub.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova təsnifat mərhələsində rumıniyalı Andrea Anaya uduzub.

62 kq-dakı Elis Manolova eyni raundda venesuelalı Natali Qrimana yenilib.

Onlar rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.

Qeyd edək ki, daha əvvəl Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), və Birgül Soltanova (65 kq) yarışı medalsız bitiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook