SON XƏBƏR

Qalmaqallı “İnvestaz” şirkətinin lisenziyası ləğv edildi

Mart 14
00:41 2023
Azərbaycan Mərkəzi Bankı investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management” MMC-nin lisenziyasını ləğv edib.

Tribunainfo.az xəbər verir ki, bununla ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb.
 
Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management” MMC lisenziyaya malikdir.

Xatırladaq ki, lisenziyası ləğv edilən qalmaqallı "İnvestAZ” şirkətinin 2 il öncə Türkiyədə səs-küylü məhkəmə çəkişməsi də olmuşdu. Şirkət rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akcana qarşı türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında cinayət işi açılmışdı.
1 milyon dolları mənimsənilən iş adamı Türkiyə mətbuatına açıqlamasında qeyd etmişdi ki, "İnvestAZ”da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. İş adamı bununla bağlı Bakıya gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər də etmişdi.

Pulu mənimsənilən Y.Akgünün İstanbul Prokurorluğuna şikayətindən sonra "İnvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümid Akca barəsində cinayət işi açılmışdı.

İstanbul Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edən ərəfədə adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsə də, prokuror Elşən Quliyev, Ceyhun Abdullayev və Ümid Akcanın həbs edilməsini, onlar barəsində 13-17 il arası həbs hökmünün çıxarılmasını istəmişdi.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook