SON XƏBƏR

Qalmaqallı məmurun yeznəsi 387 min manatlıq tender uddu - Rəfail Mehralıyev qayıdır?

Oktyabr 04
13:26 2023
Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhəllədaxili yolların təmir işlərinin satınalınması üzrə 31.08.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsini tamamlayıb və "PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 387.679 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə Təsərrüfatı Birliyinin Tender Komissiyası 03.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 29.11.2021-ci il tarixdə Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib.
 
Bəs Şirinov Eldar Bəhlul oğlu kimdir?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda onun barəsində kifayət qədər geniş məlumatlar çıxdı. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu bildirilir.

Məlumatlarda həmçinin bildirilir ki, Eldar Şirinovun adına olan bir neçə belə şirkətlər var ki, tez-tez Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi olurlar. Rəsmi sənədlərə görə, o, "ENS İnşaat” MMC ilə yanaşı, "ENS İnşaat-E”MMC-nin direktorudur. "ENS İnşaat” MMC izolyasiya materialları istehsalçısıdır. ENS hidroizolyasiya materalınin texniki şəsrtlərini bu şirkət hazılayıb və 2004-cü ildə təsdiq olunub.

Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun "ENS İnşaat-E” MMC-nin təsisçisi olduğunu göstərir. "ENS İnşaat” MMC isə onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: "N Qardaşları” MMC (24.09.2004) və Müstəqil "Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. "Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.

Məlumatlarda həmçinin göstərilir ki, Eldar Şirinovun adına olan şirkətlər Bakı şəhəri İcra Hakimiyyətinin mənzil Kommunal Departamentinin tenderlərində "qalib” çıxıb, on milyonlarla manatlıq işlər götürüb. Rəfail Mehralıyev öz yeznəsinin "ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. "Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqavilə verilib. Rəsmi olaraq tenderlər. Qeyri-rəsmi isə qohumluq xatirinə.

Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi ötən il də məhəllədaxili yollarda abadlıq işlərinin satınalmasını məhz Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevə bağlı başqa bir şirkətə vermişdi. Ötən ilki tenderin qalibi "KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdu və Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 396.735,62 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdı.

Onu da əlavə etmək istərdik ki, hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovdur. Onun Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun adamı olduğu söylənilir. Onun bu vəzifənin başına keçməsində sonra rayon ərazisində şikayətlərin sayı da artıb və bu barədə elektron media resurslarında kifayət qədər geniş məlumatlar tapmaq olar.

Mənbə: Aktualinfo.org
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook