“Qanlı Yanvar” "Qoa"-da
Noyabr 25
09:04
2015
Noyabrın 26-da rejissor Vahid Mustafayevin ekranlaşdırdığı "Qanlı Yanvar" filmi Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq "Qoa” Film Festivalında nümayiş olunacaq.
Qlobalinfo.az bildirir ki, bu barədə filmin rejissoru mətbuata açıqlamasında deyib. Hindistanın Qoa ştatında keçirilən beynəlxalq film festivalı noyabrın 30-dək davam edəcək. Hər il keçirilən festivalda bu dəfə 90 ölkədən 289 filmin nümayişi nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən "Qanlı Yanvar” filmi Estoniyanın paytaxtı Tallinndə keçirilən 18-ci Beynəlxalq "Black Nights” film festivalında ölkəmizi təmsil edib. Festival çərçivəsində film tamaşaçılarda böyük maraq yaratdığı üçün 3 dəfə nümayiş olunub.
Bundan başqa, "Qanlı Yanvar" filmi festivalda postsovet ölkələrinin həqiqətlərinin çatdırılması sahəsində gördüyü işlərə görə diploma layiq görülüb.