SON XƏBƏR

Qaqauz Yeri Moldova parlamenti ilə dialoqdan imtina edib

Dekabr 13
09:10 2023
Moldovanın Qaqauz Yeri Muxtar Bölgəsinin parlamenti Kişineu ilə dialoqun yoxluğunu bildirərək yerli parlamentlərarası təmas qrupunda işi dayandırıb.

"Report” xəbər verir ki, bu barədə muxtariyyətin Xalq Topluşunun (yerli parlament) deputatları müvafiq qərar veriblər.

"Deputatlar səs çoxluğu ilə bu siyasi platformada işin dayandırılması haqqında qərar qəbul ediblər”, - qanunverici orqanın mətbuat xidməti açıqlayıb.

Xalq Topluşunun həmsədri Sergey Çimpoyeş Moldova parlamenti ilə "dialoqun tamamilə yoxluğu”na diqqət çəkərək "etibar itkisi”nin olduğunu vurğulayıb: "Bu gün bizim orada müttəfiqimiz yoxdur”.

"Qapıları bağlamırıq. Amma əgər bizə elə münasibət bəsləyirlərsə, <

Qeyd edək ki, Qaqauz Yeri Avropada Rusiyanın ən böyük nüfuza malik olduğu bölgələrdən biri hesab olunur. Moldovanın tərkibindən çıxmaq hüququna sahib olan region ölkədə keçirilən səsvermələrdə daim rusiyayönümlü siyasətçi və partiyalara səs verir. Misal üçün, sabiq prezident İqor Dodon sözügedən türk bölgəsindən 99 % səs ala bilib. Son dövrdə Komrat ilə Kişineu arasında baş verən mütəmadi anlaşmazlıqlara baxmayaraq, bölgədə müstəqillik fikri populyar deyil.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook