"Qara maska"lılar Suraxanı rayon bələdiyyəsinin sədrini saxlayıblar
Fevral 21
15:17
2024
Fevralın 19-da Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhəri Suraxanı rayon bələdiyyəsinin sədri Fikrət Quliyevi saxlayıblar.
Qlobal.az "haqqin.az”-a istinadla xəbər verir ki, F.Quliyev külli miqdarda rüşvət alaraq, Suraxanı rayonunda torpaq sahələrini qanunsuz satmaqda ittiham olunur.
Xəbərdə qeyd olunur ki, hazırda Fikrət Quliyevin Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri görülür.