SON XƏBƏR

"Qarabağ" avrokuboklara vəsiqəni təmin etdi

Aprel 11
00:28 2022
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Çempionatın lideri "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. 14 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook