"Qarabağ” Avroliqanın qrup mərhələsində!
Avqust 25
21:41
2016
Təmsilçimiz İsveç "Göteborq”una qalib gəldi
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib.
Qlobal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” da yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparıb.
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəliblər.
Oyun Azərbaycan çempionunun üstünlüyü şəraitində keçib. Və 3:0 hesabı ilə "Qarabağ”ın xeyrinə başa çatıb. Qolları 19-cu Rəşad Sadıqov, (19), Muarem Muarem (26) və Dani Kintana (51) vurub. Qələbə qazanan "Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub.(Cebhe.info)
Qlobal.az