"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
İyul 03
14:41
2024
"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında "Tallinn Cup”da mübarizə aparacaq.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.
Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın "Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin "Hesselbi” və Estoniyanın "NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu "Jarlaberq” və Estoniya "Olimp”isi ilə üz-üzə gələcək "Qarabağ” turnirin son günündə yerli "Trans Narva” ilə görüşəcək.
Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.