SON XƏBƏR

"Qarabağ" Çempionlar Liqasından kənarlaşdırıldı

Avqust 14
23:06 2018
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE klubu ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu səbədən "Qarabağ" səfərdə ən azı iki qol vurmaqla minimal hesablı qələbə qazanmalı idi. 

Hesabı 20-ci dəqiqədə meydan sahiblərindən Mirko İvaniç açıb. "Qarabağ" 54-cü dəqiqədə Miçelin qolu ilə bərabərliyi təmin etsə də, mərhələ adlamaq üçün lazım olan topu vura bilməyib. Əvəzində İnnosent Emeqara 77-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Azərbaycan çempionunu azlıqda qoyub.

Beləliklə, BATE Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın PSV klubuna rəqib olub. "Qarabağ" isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək. 

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

14 avqust
 
BATE (Belarus) - Qarabağ (Azərbaycan) 1:1
 
Qollar: Mirko İvaniç, 20 - Miçel, 54.
 
BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç (15. Maksim Skaviş, 78), 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa (11. Aleksandr Qleb, 70), 42. Maksim Volodko.
 
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.
Baş məşqçi: Aleksey Baqa.
 
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev (28. Con Delarj, 85), 6. Simeon Slavçev (19. Filip Ozobiç, 77), 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
 
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
 
Baş məşqçi: Qurban Qurbanov.
 
Sarı vərəqələr: İnnosent Emeqara, 32; 77. Simeon Slavçev, 62. Rəşad Sadıqov, 81.
 
Qırmızı vərəqə: İnnosent Emeqara, 77.
 
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (Latviya).
 
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
 
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr).
 
Borisov. "Borisov Arena".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook