Qarabağ erməniləri Yerevandan narazıdır: Rusiyaya köç başladı
İyun 10
16:55
2021
Azərbaycanın Vətən Müharibəsindəki zəfəri ermənilər arasında dərin ruh düşkünlüyü və kütləvi psixoz yaradıb.
Xüsusən, Ermənistan hakimiyyətinə qəzəbli olan Qarabağ ermənilərində bu hallar daha geniş yayılıb.
Onlar rəsmi Yerevanın və bölgədəki separatçı rejimin sadə insanları 30 il yalan vədlərlə aldatdığını, beynini yuduğunu yaxşı anlayır. Məhz bu səbəbdən 2021-ci ilin ilk aylarından bəri Qarabağdan, xüsusən, Azərbaycanın nəzarətinə keçən Hadrut qəsəbəsi, Xocavəndin kəndləri və Tərtərin Talış-Suqovuşan ərazisində yaşayan ermənilər kütləvi şəkildə Rusiyaya köçür.
Ermənilərin Qarabağdan Rusiyaya kütləvi köçünü stimullaşdıran əsas amillər Moskvanın onlar üçün güzəştli vətəndaşlıq şərtləri təklif etməsi və müharibədən sonra Ermənistan hakimiyyətininin, yerli terroçu rejim rəhbərlərinin sakinlərin qayğılarına, sosial təminatına biganəliyi ilə bağlıdır.
Birinci amildən danışanda Rusiya əhalisinin təkcə 2020-ci ildə 500 min, 2021-ci ci ilin yanvar-aprel aylarında isə daha 304 min nəfər azaldığını xatırlamaq lazımdır. Düzdür, Ermənistanda və Qarabağda yaşayan bütün əhalinin sayı belə Moskvanın miqrantlara olan ehtiyacını minimal səviyyədə təmin edə bilməz. Bununla belə, Moskva Ermənistana qəzəbli olan, özlərini aldadılmış hesab edən Qarabağ ermənilərini daimi yaşayış üçün cəlb etməkdə məqsədlidir. Buna görə də, onların ölkəyə gəlməsi, qeydiyyata alınması, işçi əllərin çatışmadığı federal bölgələrə göndərilməsi və asanlaşdırılmış qaydaya Rusiya pasporu almasında maraqlıdır.
Moskva hələ 2020-ci ilin noyabrında, Ermənistanın kapitulyasiya etməsindən sonra Qarabağ ermənilərinə Rusiya pasportunun veriləcəyi ilə bağlı məlumatı dövriyyəyə buraxdı. Amma bu informasiya "vbros”u Azərbaycanın kəskin etirazından sonra qısa müddətdə unuduldu.
Hadrut qəsəbəsinin keçmiş "meri" Vaan Savadyan da jurnalistlərə açıqlamasında Qarabağda müşahidə olunan tendensiyanı təsdiq edib.
"Qarabağa qayıtmaq istəyən hadrutlular var, amma mənzillər yoxdu, yaxud çox bahadır. Onların yalnız 40%-i Qarabağdadır. Son bir neçə aylarda Hadrut ermənilərinin 10%-dən çoxu Rusiya Federasiyasına köçüb. Ev təminatı və sosial dəstəyin hazırkı səviyyədə olacağı təqdirdə sakinlərin Qarabağa dönmə ehtimalı get-gedə zəifləyəcək”.
Köç əhval-ruhiyyəsi Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi, Ağdərə, Əsgəran və Xocavənd sakinlərində də müşayəit olunur.
44 günlük müharibəyə qədər rəsmi 150, faktiki isə 100 min insanın yaşadığı Dağlıq Qarabağda hazırda 40-50 min arasında sakin yaşayır. Qarabağı tərk edən ermənilərin bir hissəsi Ermənistana, qalan hissəsi isə Rusiyaya köçüb. Köç tendensiyasının qarşıdakı aylarda da davam etməsi gözlənilir. (modern.az)