SON XƏBƏR

“Qarabağ ermənilərilə bağlı böyük problemimiz var” – Paşinyan separatçıların “kontorunu” bağlamaq istəyir

Noyabr 16
16:43 2023
"Qarabağın "dövlət institutları”nın Ermənistanda saxlanması ölkəmizin təhlükəsizliyi üçün təhdiddir”.

"AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, söhbət Qarabağdakı keçmiş qondarma separatçı qurumun İrəvandakı "nümayəndəliyi”ndən gedir. Belə görünür ki, Nikol Paşinyan Samvel Şahramanyanın oturduğu həmin "kontoru” bağlamaq fikrindədir. Bunu Simonyanın dediklərindən də anlamaq olur: "Bizim Qarabağ ermənilərilə bağlı böyük problemimiz var. Mən (qondarma qurumun-red.) "dövlət institutları”nın burada saxlanmasının və inkişaf etdirilməsinin hədəflərini görmürəm və bunu Ermənistan respublikasının təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm. Bütün digər həmkarlarımı da bu məntiqə riayət etməyə çağırıram”.

Qeyd edək ki, keçmiş qondarma qurumun başçısı Samvel Şahramanyan Qarabağdan qaçandan sonra dəfələrlə Paşinyanın qəbuluna düşmək istədə də, Baş nazir onu qəbul etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook