SON XƏBƏR

"Qarabağ" klub reytinqində "Qalatasaray", "Milan" və "Valensiya"nı qabaqlayıb

Yanvar 13
08:34 2016
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2015-ci ilin yekunu üzrə növbəti klub reytinqini açıqlayıb. "Report" xəbər verir ki, siyahıda birinci yeri İspaniyanın "Barselona" klubu, ikinci yeri "Yuventus" (İtaliya), üçüncü yeri isə "Napoli" (İtaliya) tutub. Reytinq siyahısına üç Azərbaycan klubu daxil olub. "Qarabağ" 142 xalla 77-ci, "Qəbələ" 116 xal ilə 124-cü, "İnter" isə 92 xalla 192-ci yerdə qərarlaşıb. "Qarabağ" bu göstərici ilə "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Benfika" (Portuqaliya) klublarını, "Qəbələ" isə İtaliyanın "Milan" və Fransanın "Lion" kimi mötəbər kollektivlərini arxada qoymağı bacarıb.
 
Siyahı:
 
1."Barselona" (İspaniya) – 379 (xal)
2."Yuventus" (İtaliya) – 286
3."Napoli" (İtaliya) – 268
4."Bavariya" (Almaniya) – 263
5.PSJ (Fransa) – 257
6."Real" (İspaniya) – 241
7."Santa-Fe" (Kolumbiya) – 240
8."Fiorentina" (İtaliya) – 236
9."River Pleyt" (Argentina) – 234
10. "Volfsburq" (Almaniya) – 232
11. "Borussiya" (Dortmund, Almaniya) - 228
12. "Sevilya" (İspaniya) - 226
13. "Boka Xuniors" (Argentina) - 220
14. "Arsenal" (İngiltərə) - 216
15. "Bazel" (İsveçrə) - 213,5
16. "Tiqres" (Meksika) - 213
17. "Latsio" (İtaliya) - 212
18. "İnternasyonal" (Braziliya) - 210
19. "Atletik" (İspaniya) - 210
20. "Monako" (Fransa) - 209 ...
23. "Atletiko" (İspaniya) - 206
27. "Vilyarreal" (İspaniya) - 194
30. "Dinamo" (Kiyev, Ukrayna) - 189
31. "Zenit" (Rusiya) - 187,5
32. "Portu" (Portuqaliya) - 182
37. "Bayer" (Almaniya) - 177
38. "Roma" (İtaliya) - 175
39. "Fənərbaxça" (Türkiyə) - 174,5
40. "Mançester Yunayted" (İngiltərə) - 174
41. "Ayaks" (Hollandiya) - 173,5
42. "Liverpul" (İngiltərə) - 172
49. "Çelsi" (İngiltərə) - 165
52. "Krasnodar" (Rusiya) - 162,5
54. "Şaxtyor" (Ukrayna) - 161,5
56. "Mançester Siti" (İngiltərə) - 160
58. "Tottenhem" (İngiltərə) - 158
63. BATE (Belarus) - 152
66. "Astana" (Qazaxıstan) - 146
75. PSV (Hollandiya) - 142,5
77. "Qarabağ" (Azərbaycan) - 142
77. "Valensiya" (İspaniya) - 142
80. "Borussiya" (Münhenqladbax, Almaniya) - 140
82. "Qalatasaray" (Türkiyə) - 139,5 84. "İnter" (İtaliya) - 138
84. MOİK (Rusiya) - 138 94. "Kayrat" (Qazaxıstan) - 132,5
100. "Benfika" (Portuqaliya) - 130
103. "Marsel" (Fransa) - 126
117. "Lokomotiv" (Rusiya) - 117,5
124. "Qəbələ" (Azərbaycan) - 116
135. "Dinamo" (Minsk, Belarus) - 111
135. "Lion" (Fransa) - 111
138. "Rubin" (Rusiya) - 109,5
153. "Milan" (İtaliya) - 104
186. "Zarya" (Ukrayna) - 93,5
192. "Pünik" (Ermənistan) - 92
192. "İnter" (Azərbaycan) - 92
197. "Jalgiris" (Litva) - 90
197. "Nasaf" (Özbəkistan) - 90



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook