SON XƏBƏR

"Qarabağ" klubu azarkeşlərinə görə cərimələndi

Noyabr 13
16:49 2018
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cəzalandırıb.

Buna səbəb Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçda Ağdam klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsidir. Eyni zamanda "Qarabağ” fanatlarının olduğu sektorda oturacaqlar sındırılıb. 

İntizam Komitəsi qərara alıb ki, "Qəbələ"nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Qarabağ” klubu tərəfindən ödənilsin.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook