“Qarabağ”- “Neftçi” oyununda gərginlik - Bəzi azarkeşlər stadiondan çıxarıldı
Yanvar 29
21:02
2017
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Virtualaz.org bildirir ki, turun mərkəzi matçı "Qarabağ” ilə "Neftçi” arasında oynanılıb.
Ağdamın "Qarabağ” klubu ən yaxın izləyicisi "Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib - 1:1. "Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. "Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.
On beş turdan sonra "Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Qəbələ” 32 xalla ikinci, "İnter” isə 28 xalla üçüncüdür.
"Qafqazinfo”nun yaydığı məlumata görə isə "Qarabağ" - "Neftçi" oyununda gәrginlik yaşanıb. Belə ki, qonaq komandanın tәrәfdarları ilә polis arasında qarışdurma olub.
Polis paytaxt klubunun azarkeşlәrindәn bir neçәsini stadiondan çıxarıb.